Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli "Dinamo"da ilk qolunu vurub

Mahir Emreli

Tarix: 10 Aprel 2022 23:52

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Zaqreb təmsilçisi XXX turda "Riyeka"nın qonağı olub.

Bu tura qədər turnir cədvəlinə başçılıq edən "Dinamo"nun çempionluq uğrunda mübarizədə rəqiblərindən biri ilə dueli böyük maraq doğururdu. Qarşılaşmada hesabı 6-cı dəqiqədə ev sahibləri açıb. Matça ehtiyatdan başlayan Emreli 57-ci dəqiqədə meydana daxil olub. Məhz o, 79-cu dəqiqədə bərabərlik topuna imza atıb. Bununla Mahir "Dinamo"nun heyətində qol hesabını açıb.

Milli.Az


Etiketlər:  Mahir Emreli Dinamoda ilk qolunu vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ