Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət edəcək

Polşa Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət edəcək

Tarix: 11 Aprel 2022 07:52

Polşa hökuməti Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Katın qırğınının 82-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Soyqırıma görə iddia müddəti yoxdur. Buna görə də, məsələnin beynəlxalq məhkəmədə araşdırılmasını tələb edəcəyik. Müvafiq müraciət yaxın vaxtlarda ediləcək. Bu cinayəti törədənlər müəyyən edilməlidir" - deyə dövlət başçısı vurğulayıb.

Bununla belə, Duda konkret olaraq hansı məhkəməyə müraciət ediləcəyini deməyib.

Qeyd edək ki, 1940-cı ilin aprel - may aylarında SSRİ Xalq Daxili İşlər Komissarlığına tabe olan qüvvələr bir neçə şəhərdə 22 000 polyak zabit və ziyalısını güllələyib. Kütləvi məzarlıqlar ilk dəfə Katın meşəsində aşkar edildiyi üçün bu hadisələr Katın qırğını adlandırılır.


Etiketlər:  Polşa Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ