Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 08:22
Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, növbəti turda 2 namizəd - hazırki prezident Emmanuel Makron və ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen mübarizə aparacaq.
Fransada 5-ci Respublikanın (1958) tarixində ikinci, son 40 ildə isə birinci dəfə dövlət başçısı ikinci turda müəyyənləşir.
"Figaro"nun xəbərinə görə, rəy sorğuları növbəti turda Makronun 51-54%, Le Penin isə 46-49% səs toplayacağını deməyə əsas verir.