Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 09:44
Aprelin 10-dan 11-nə keçən gecə Rusiya qoşunları Ukraynanın şərqində dəmiryolu stansiyasını atəşə tutub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dəmir Yolları"nın ("Ukrzaliznıtsa") rəhbəri Aleksandr Kamışin açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 5 lokomotivə zərər dəyib. Xəsarət alan və ölən olmayıb.
Xatırladaq ki, aprelin 8-i Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.