Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 14:40
Əməkdar artist Gülüstan Əliyeva Xalq artisti Aygün Bayramova ilə aralarında olan küsülülükdən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda G.Əliyeva "Zaurla Günaydın" proqramında deyib. O bildirib ki, görüşüb, aralarındakı incikliyi aydınlğa gətiriblər:
"Sən demə, proses gizli gedirmiş. Nazəkət Teymurova bəzi söhbətlər etdi. Hər şey yaxşıdır. Küsülü deyildik, amma qaranlıq məsələlərə açıqlama gətirdik. İkimiz oturduq, söhbət etdik. Danışdıq, bildik ki, əslində belə deyil. Nə onun məndən, nə mənim ondan inciməyə səbəbim var".
Qeyd edək ki, xanəndələrin barışıq xəbəri ilk dəfə "Deməsəm olmaz" verilişində açıqlanmışdı.