Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 08:18
Macarıstan Rusiya qazının pulunu rubulla ödəyəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.
"Bizim heç bir sanksiyaları pozmayan, eyni zamanda Macarıstana qaz tədarükünü təmin etməyi planladığımız bir həll yolumuz var", - deyə Siyarto bildirib.
Macarıstanın "MVM" enerji qrupunun törəmə şirkəti olan "CEE Energy" hesabı avro ilə ödəyəcək. "Qazprombank" isə öz növbəsində alınan vəsaiti rubla çevirərək "Qazprom eksport"a köçürəcək.
Siyarto Macarıstanın Rusiya neft və qazından asılı olduğunu da vurğulayıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə Macarıstanın baş naziri Viktor Orban da ölkəsinin Rusiay qazının pulunu rublla ödəməyə hazır olduğunu bəyan edib.