Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 03:22
Uqandanın şərqində yerləşən İqanqa şəhərinin sakini yalın əllə şiri öldürüb, sonra da bişirib yeyib.
Sonxeber.net xəbər verir ki, bu barədə Daily Star yazıb. Yerli sakinlərin sözlərinə görə, adı açıqlanmayan şəxs evinə soxulan yırtıcı ilə döyüşüb və onu yalın əli ilə məğlub edib. Tvitterdə yayımlanan fotolarda onun əlləri, sinəsi və başı bir neçə yerdən sarğı ilə bağlanıb, çoxsaylı sarğıların altından qan sızır. Onun hansı xəsarət aldığı məlum deyil, lakin fotolarda bədəninin hər yerində sıyrıqlar görünür.
Anar Əli