Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib

Tarix: 13 Aprel 2022 23:52

Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun "36th Street" metrostansiyasında atışma baş verib. CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Nyu York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ