Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 09:44
Fransa hakimiyyəti rusiyalı milyarder Roman Abramoviçə məxsus villaya həbs qoyub. Vindzor hersoqu və hersoginyasının vaxtilə istirahət etməyi sevdiyi elit villa Fransanın cənubunda, Antibes şəhərinin dənizkənarı qayalıqlarında yerləşir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Şato de la Kro (Château de la Croë) adlı mülkün dəyəri təxminən 90 milyon funt-sterlinq (9,7 milyard rubl) olaraq qiymətləndirilir. Villa 1926-cı ildə tikilib və 10-dan çox yataq otağı, səkkiz vanna otağı var. Tikili 12 hektar meşə və qazonlarla əhatə olunub. Aralıq dənizi isə bir neçə metr məsafədədir.
2001-ci ildə mülkü satın alan Abramoviç onun bərpasına təxminən 30 milyon funt-sterlinq (3,2 milyard rubl) xərcləyib. Binanın damında 15 metrlik hovuz, zirzəmidə isə nəhəng idman zalı və ev kinoteatrı quraşdırılıb.