Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 16:20
"Azərbaycanda hər il 30 min tondan çox əlavə ət istehsal oluna bilər".
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı alim Mahir Zeynalov "Xəbər Ertəsi"nə açıqlamasında belə deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası idxalı əhəmiyyətli dərəcədə azalacaq.
Mahir Zeynalovun sözlərinə görə, keçən illə müqayisədə ət 13 faiz, süd məhsulları 17 faiz bahalaşıb. Ancaq Qarabağ və Şərqi Zəngəzurda heyvandarlığın inkişafı qiymətlərdə də özünü göstərəcək.
İqtisadçı bildirir ki, Azərbaycan hazırda ətə olan tələbatını 84 faiz təmin edir.
Ekspertin fikrincə, bu sahədə istehsalın ixraca töhfəsi iqtisadiyyatın inkişafına daha da təkan verəcək.