Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Blinken Kuleba ilə Kiyevə hərbi yardımı müzakirə edib

Blinken Kuleba ilə Kiyevə hərbi yardımı müzakirə edib

Tarix: 14 Aprel 2022 21:57

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi yardımı müzakirə edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Prays bildirib ki, Birləşmiş Ştatlar Ukrayna hökumətinə və xalqına təhlükəsizlik, iqtisadi və humanitar dəstək verməyə davam etməkdə qərarlıdır.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

Bizim Twitter səhifəmizə abunə olun


Etiketlər:  Blinken Kuleba ilə Kiyevə hərbi yardımı müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ