Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Rusiyanın son 8 ildə öldürdüyü ukraynalıların ümumi sayını açıqlayıb

Zelenski Rusiyanın son 8 ildə öldürdüyü ukraynalıların ümumi sayını açıqlayıb

Tarix: 15 Aprel 2022 08:46

Ukrayna Prezidenti Vladimir Zelenski son videomüraciətində Rusiyanın Ukraynaya qarşı müharibəsinin fevralın 24-də başlamadığını, Rusiya ordusunun 2014-cü ildən bu günə kimi Ukraynaya hücum etdiyini bildirib.

Sonxeber.net "report"-a istinadən bildirir ki, dövlət başçısı qeyd edib ki, Rusiya Krımı ələ keçirərək onu böyük hərbi bazaya, Qara dəniz və Azovu dünyanın ən təhlükəli dənizlərinə çevirib. "Bizim Donbasda dəhşətli və sonsuz müharibəyə başladılar. Səkkiz il insanlarımızı öldürdülər. Bu müddət ərzində 14 000 adam öldürüldü", - Ukrayna lideri deyib.

Zelenski qeyd edib ki, dünya Ukraynaya qarşı edilənlərə səssiz qaldığı üçün Rusiya hərtərəfli müharibəyə başlamaq qərarına gəlib.


Etiketlər:  Zelenski Rusiyanın ildə öldürdüyü ukraynalıların ümumi sayını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ