Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 21:40
Rusiya Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin 18 əməkdaşını persona non-qrata elan edib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Açıqlamaya görə, bu addım Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəliyindən işçilərin qovulmasına cavab olaraq atılıb.
"Diplomatlar yaxın vaxtlarda Rusiya Federasiyasının ərazisini tərk etməli olacaqlar", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.