Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 22:56
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya" ilə ev oyunu üçün biletlər sabahdan satışa çıxarılacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi yazıb. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilməyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq.