Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 12:46
"12-13 mart imtahanında 300 bal toplayanın az olması həmin imtahanın çətinliyinə dəlalət etmir".
Sonxeber.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, məzunların arasında 200 baldan yuxarı nəticə toplayanların sayı 16 %-dir: "Bu hər iki istiqamət üzrə imtahan verən 10 800 insan deməkdir. Bunların yarısı 1-ci istiqamətə aiddir, qalan yarısı isə ikinci istiqamətə aiddir. Suallar çətinlik dərəcəsi ilə sıralanmır. Variantın özünün çətinlik dərəcəsi götürülür. Variantları formalaşdırarkən bizim istifadə etdiyimiz üsullar tam elmi standartlara uyğundur və variantların arasında korilasiya əmsalı 0,8-dən 0,9 arasında olur. Bu da dünyada qəbul olunan standartlardır. Bizim imtahanları dünyadakı imtahanlarla müqayisə edirlər. Amma dünyada keçirilən imtahanlar heç də bir gündə hamı üçün keçirilmir. Ona görə biz də bu yolu gedirik. Abituriyentlərə bir neçə cəhd təqdim edirik".
200 baldan yuxarı 16 % nəticə yaxşı nəticədir.