Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2022 15:54
Böyük Britaniyanın baş naziri Boris Conson telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə məlumat verib ki, zirehli texnika yaxın günlərdə Ukraynaya təhvil veriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Conson və Zelenski Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin həllinin zəruriliyini müzakirə ediblər.
Böyük Britaniyanın baş naziri qeyd edib ki, o, yaxın günlərdə Ukraynanın öz suverenliyini qoruya bilməsi üçün müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edəcək.