Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kramatorska raket hücumu - FOTO

Kramatorska raket hücumu - FOTO

Tarix: 18 Aprel 2022 16:02

Rus əsgərləri Kramatorska raket hücumu edib, azı səkkiz yaşayış binası dağılıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

"Ən azı səkkiz yaşayış binası, təhsil və infrastruktur obyekti dağıdılıb. Bütün cəbhə xətti boyunca artilleriya atəşi bütün gecəni dayandırmayıb. Düşmən ən intensiv atəşi Maryinski, Avdeyevski və Oçeretinski istiqamətlərində həyata keçirib".

Kirilenkonun sözlərinə görə, dinc əhali arasında hələlik itki qeydə alınmayıb, lakin bir çox yaşayış binalarına ziyan dəyib, bəzi yerlərdə elektrik enerjisi və qazın verilməsində fasilələr yaranıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Kramatorska raket hücumu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ