Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elza Seyidcahan müsabiqəyə getmək üçün qızıllarını satıb

Elza Seyidcahan müsabiqəyə getmək üçün qızıllarını satıb

Tarix: 18 Aprel 2022 17:10

Əməkdar artist Elza Seyidcahan Qırğızıstana müsabiqəyə gedərkən başına gələn hadisəni açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Şourum" proqramında həmin müsabiqə üçün qızıllarını satdığını deyib:

"Evimi banka zamin qoydum getdim müsabiqəyə. O vaxt bilet də baha idi. Qayıdanda hadisə baş verdi, qızıllarımı satdım. Üstümüzdə pul saxlamadıq. Getdik qalib olduq, üstümüzdə 10 dollar qalmışdı. Hava limanında dedilər, torpaq pulu keçirməlisiniz. Qolumda iki qolbaq, qulağımda qızıl sırğa var idi. Onları təcili orada 40 dollara satdım ki, təyyarəyə minə bilək. Həmin qızılların indi 3 min dollar qiyməti var. Oradan mükafatlarla qayıtdım".

Qeyd edək ki, bir neçə müddət əvvəl E.Seyidcahan Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin iclasında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.

Milli.Az


Etiketlər:  Elza Seyidcahan müsabiqəyə getmək üçün qızıllarını satıb


RƏYLƏR