Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisinin ölkədən getmək hüququ nə zaman məhdudlaşdırıla bilər?

Vergiödəyicisinin ölkədən getmək hüququ nə zaman məhdudlaşdırıla bilər?

Tarix: 18 Aprel 2022 23:46

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi vergi öhdəliyini Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergiödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergiödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Maddənin tələbindən göründüyü kimi, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür.


Etiketlər:  Vergiödəyicisinin ölkədən getmək hüququ zaman məhdudlaşdırıla bilər


RƏYLƏR