Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon: Rusiya Mariupolu ələ keçirə bilməyib

Pentaqon: Rusiya Mariupolu ələ keçirə bilməyib

Tarix: 19 Aprel 2022 10:50

Mariupol Rusiyanın zərbələrinə baxmayaraq təslim olmayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Pentaqon rəsmisi Con Körbi deyib.

"Biz Rusiya aviazərbələrinin və artilleriya atəşlərinin Donbasda və cənubda, xüsusilə də Mariupol və ətrafında cəmlənməsini görməyə davam edirik. Ruslar bizim "formalaşdırma" (shaping) dediyimiz işi görürlər, onlar Ukraynanın şərqində daha geniş və aşkar hücumlar üçün şərait yaradırlar", - o bildirib.

Körbi qeyd edib ki, Rusiyanın artan aqressiyasına baxmayaraq ukraynalılar müqaviməti davam etdirirlər.


Etiketlər:  Pentaqon Rusiya Mariupolu ələ keçirə bilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ