Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başqa çarəmiz yox idi - Rusiya XİN

Başqa çarəmiz yox idi - Rusiya XİN

Tarix: 19 Aprel 2022 14:10

Rusiya "Donetsk və Luqansk Xalq Respublikaları"nın yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə məcbur oldu, başqa çarə yox idi.

Sonxeber.net bildirir ki, bunu "India Today"ə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir xatırladıb ki, ötən ilin noyabrında Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO-nu danışıqlar masası arxasına oturmağa və NATO-nun şərqə daha da genişlənməsi olmadan hüquqi təhlükəsizlik təminatlarını müzakirə etməyə dəvət edib, lakin onlar bundan imtina ediblər.

"Hazırda Ukrayna ordusu bütün atəşkəs rejimlərini pozaraq həmin "respublikaların" atəşə tutulmasını əhəmiyyətli dərəcədə artırdı. Bizim onları tanımaqdan, onların xahişinə cavab olaraq qarşılıqlı yardım müqaviləsi imzalamaqdan və həyatlarını qorumaq üçün hərbi əməliyyat keçirmək üçün hərbi qüvvələrimizi kimi göndərməkdən başqa çarəmiz yox idi", - Lavrov bildirib.

Aslan Məmmədov


Etiketlər:  Başqa çarəmiz Rusiya XİN


RƏYLƏR