Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pandemiya bütün işlərimizi məhv etdi, bir neçə layihəm bağlandı'' - Elməddin

''Pandemiya bütün işlərimizi məhv etdi, bir neçə layihəm bağlandı'' - Elməddin

Tarix: 19 Aprel 2022 15:10

"Hal-hazırda "Qısaqapanma" adlı verilişə aparıcılıq edirəm. Mən heç vaxt özümə aparıcı deməmişəm. Sadəcə olaraq əyləncəli, yumoristik veriliş olduğu üçün aparıram. Həm də orada aparıcılıqla yanaşı, aktyor imkanlarımı da göstərirəm. Elə də güclü aparıcılıq imkanlarım yoxdur, bundan əlavə diksiyam da efirə yararlı deyil. Sadəcə olaraq bu tip verilişləri bütün dünyada aktyorlar aparır. Bu verilişi rəsmi bir şəxs aparsa veriliş yumoristik yox, klassik verilişə çevrilər. Aparıcı kimi ciddi bir layihədə özümü sınamaq istəməzdim. Bu verilişi məndən başqa Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev də apara bilər".
 
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib. O, daha sonra əlavə edib.

"Yaşadığım hər günün şükürünü verən insanam. Pis günlər olmasa yaxşı günlərin qədri bilinməz. Yaxşı günlərim də, pis günlərim də olub. Pandemiya bütün işlərimizi məhv etdi, bir neçə layihəm bağlandı. Bu günümüzə şükür olsun! Bütün layihələrimdə çalışıram ki, böyük sənətkarlarla birgə çalışım. Ona görə yox ki, onların çəkilməyə ehtiyacı var, bu həm də mənim onlara bir növ diqqətimdir! Onlara mənim həm də böyük sevgim var, bu sevgi ailədən gəlir. İstəyirəm ki, layihələrimdən bütün kollektiv faydalansın, hamı nəsə gəlir əldə etsin. "Bacanaqlar" serialı 10 ildən artıq efirdə oldu. Görün həmin serialda nə qədər böyük sənətkarımız çəkildi?! Çox sevinirəm ki, onlarla birgə səhnəni paylaşmışam. İlk seriala başlayanda heç kim gəlmək istəmirdi, uğur qazanandan sonra hamı dəvətimi qəbul edib gəldi" deyə aktyor bildirib.

"Hansı sənətkarın böyük tələbləri, kaprizləri olurdu?" sualına isə aktyor nbelə cavab verib.

"Hər cür kaprizli sənətkar görmüşəm. Bu olmalıdır da. Ən çox tələb və kapriz Yaşar Nuridə olurdu. Çatışmayan, aktyor kimi bacarmadığımız hər şeyi kollektivin yanında düz üzümüzə deyirdi, təklikdə deməklə arası yox idi (gülür). Biz nə deyə bilərdik ki?! Yaşar Nurinin bizim yaşımız qədər iş təcrübəsi var idi. Amma onu da deyim ki, bizi çox istəyirdi. Onun tənqidini böyük hörmətlə qəbul edirdik, etməyə də bilməzdik, B variantı yox idi. Yaşar Nuri kimi sənətkarlar xaricdə barmaqla sayılası qədərdir" deyə sənətçi bildirib.


Etiketlər:  Pandemiya bütün işlərimizi məhv etdi neçə layihəm bağlandı Elməddin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ