Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparacaq

Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparacaq

Tarix: 19 Aprel 2022 23:18

Rusiya və Ermənistan nasizmə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.

"Tərəflər ümumi keçmişə vahid yanaşmaları qoruyub saxlamaqla, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizəni davam etdirmək niyyətində olduqlarını bildirdilər. İrqçilik, ksenofobiya, neonasizmin istənilən təzahürlərinə, o cümlədən milli, dil və ya dinə görə ayrı-seçkiliyə, o cümlədən Rusiyada və Ermənistanda yaşayan vətəndaşların və həmvətənlərin hüquq və qanuni maraqlarına toxunan ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirməyə razılaşdıq".-deyə bəyənatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Rusiya Ermənistan nasizmə qarşı birgə mübarizə aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ