Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 11:20
2022-ci ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz artaraq 962 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin mart ayında Türkiyə 327,7milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 32,7 faiz çoxdur" -deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (mart 2021-mart 2022) Türkiyə 3,526 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.