Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Aquamen” ulduzu “Minecraft” haqqında filmdə oynayacaq - FOTO

“Aquamen” ulduzu “Minecraft” haqqında filmdə oynayacaq - FOTO

Tarix: 20 Aprel 2022 13:50

"Aquamen" və "Dune" filmlərinin ulduzu, 42 yaşlı amerikalı aktyor Ceyson Momoa məşhur "Minecraft" video oyununun film adaptasiyasında baş rolu oynayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin rejissoru Cared Hess olacaq. Momoanın tam olaraq kim rolunda oynayacağı, eləcə də filmlə bağlı digər təfərrüatlar haqqında heç nə məlum deyil.

Filmin prodüseri Meri Parent və əvvəllər Ceyson Momoa ilə "Dune"da iştirak etmiş Roy Li olacaq.

Qeyd edək ki, "Warner Bros."studiyası hələ 2014-cü ildə video oyununa əsaslanan filmi çəkəcəyini açıqlamışdı. Layihənin hazırlanmasında 2018-ci ildə vəfat edən Cill Messick də iştirak edib. Filmdəki işinə görə prodüser ölümündən sonra mükafatlandırılacaq.

Milli.Az


Etiketlər:  Aquamen ulduzu Minecraft haqqında filmdə oynayacaq FOTO


RƏYLƏR