Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 14:32
Ukrayna dəniz piyadalarının Nikolayev 36-cı Əlahiddə briqadasının komandanı Sergey Volın Mariupolun blokadadan çıxarılmasının 2 variantını açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.
"Birincisi - bu, bütün vasitələrlə icra ediləcək ani hərbi əməliyyatdır. Təchiz edilmiş qüvvələr kəskin zərbə ilə bizi müdafiə rayonları zonası ilə birləşdirəcək. Artilleriya və aviasiya üstünlüyü olmalıdır. Bu variant həm də riskli sayılır.
İkincisi - siyasi qərardır. Bunu effektiv diplomatiya şərtlərinə tam uyğun görürəm. Bu, hərbi qarnizonun və müharibə tələsinə düşmüş mülki şəxslərin çıxışının təhlükəsizliyinə beynəlxalq nəzarətin yaradılmasıdır", - Volın əlavə edib.