Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 17:56
Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Marketlərdə toyuq ətinin 1 kiloqramı isə 5 manatadan baha satılır. Ucuz qiymətə satışa çıxarıla toyuqların mənşəyi məlumdurmu?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, normal daşınma və satış şəraitinə əməl olunmasa da, bu toyuqların alıcıları kifayət qədərdir.
Həmin toyuqların satışı ilə məşqul olan şəxs hesab edir ki, toyuqların ucuz olmasının səbəbi keyfiyyətlə bağlı deyil.
Satıcıların təriflə satdığı, alıcıların bəh-bəhlə aldığı bu məhsul ilə əlaqədar Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirib ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.
Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa bu barədə AQTA-nın 1003 çağırı mərkəzinə müraciət edə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: