Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO

Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO

Tarix: 22 Aprel 2022 13:20

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ABŞ-da təyyarədə sərnişini döyüb.

Məlumata görə, insident San-Fransiskodan Floridaya uçan təyyarədə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yola düşməzdən əvvəl 55 yaşlı idmançı pərəstişkarları ilə foto çəkdirib. Onlardan biri israrla Taysonla danışmağa çalışıb və bu, amerikalının qəzəbinə səbəb olub. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirib.

Şahidlərin sözlərinə görə, Tayson hadisədən dərhal sonra təyyarəni tərk edib.

Qeyd edək ki, Tayson 1987-1990-cı illərdə ağır çəkidə dünya çempionu olub. Onun peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.

Milli.Az


Etiketlər:  Mayk Tayson təyyarədə sərnişini döydü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ