Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 09:32
Almaniya kansleri Olaf Şolts "Spiegel"ə müsahibəsində deyib ki, Almaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o qeyd edib ki, hazırda atəşkəsə nail olmaq və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması vacibdir.
Kansler bəyan edib ki, müvafiq razılaşma ilə təmin olunmayan "soyuq sülh" Rusiyanı beynəlxalq sanksiyalardan azad etməyəcək.
"Rusiya çox çətin vəziyyətdədir. Sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurur", - deyə Şolts əlavə edib.