Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 08:30
ABŞ gələn həftə Ukraynaya yeni yardımı elan etməyə hazırlaşır.
Sonxeber.net "report"-a istinadən bildirir ki, məlumatı Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Con Fayner təsdiqləyib.
Eyni zamanda o qeyd edib ki, ABŞ hazırda Rusiyanın cəzalandırılması ilə bağlı əlavə addımlar atmağı düşünür.
"Biz Rusiyanın hərbi imkanları inkişaf etdikcə yardımımızı və yanaşmamızı tənzimləmək üçün çevikliyimizi nümayiş etdiririk. Hadisələrin döyüş meydanında necə cərəyan etməsindən asılı olaraq, bundan sonra da yardımları davam etdirəcəyik", - Ağ Evin sözçüsü bildirib.