Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə avtoxuliqan saxlanılıb - FOTO

Gəncədə avtoxuliqan saxlanılıb - FOTO

Tarix: 25 Aprel 2022 20:50

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində 20-DD-212 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avtomobilə baxış zamanı qanunla istifadəsi qadağan olan çoxavazlı səs siqnalı və yan şüşələrin qanuna zidd olaraq xüsusi vasitələrlə tündləşdirilməsi də aşkar edilib.

Sürücü Şəmil Kəsəmənli barəsində tərtib edilən protokollar baxılması üçün məhkəməyə göndərilib.

Milli.Az


Etiketlər:  Gəncədə avtoxuliqan saxlanılıb FOTO


RƏYLƏR