Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 07:18
Britaniya xarici siyasət idarəsinin rəhbəri Liz Tras qərb ölkələrini Ukraynaya tank və təyyarə verməyə, həmçinin rus qazından imtinaya çağırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə nazirin bir tədbirdə çıxışından edilən çıxarışda bildirilib.
"Biz uzunmüddətli perspektivə hazır olmalı və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz ehtiyatlarımızdakı ağır silahları, tank və təyyarələri gözdən keçirməli, istehsalı artırmalıyıq", - deyə Tras bildirib.
Diplomat həmçinin bildirib ki, Qərb Rusiyaya təzyiqləri artırmaqla yanaşı bu ölkədən neft və qaz idxalından da imtina etməlidir.