Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyqırımın gərçək üzü: AĞDAM - Dünyaca məşhur nəşr ruhlar şəhərindən yazdı - FOTOlar

Soyqırımın gərçək üzü: AĞDAM - Dünyaca məşhur nəşr ruhlar şəhərindən yazdı - FOTOlar

Tarix: 27 Aprel 2022 11:38

Qardaş Türkiyənin dünyaca məşhur "Haberturk" qəzeti işğaldan azad edilən Azərbaycan torpaqlarından geniş reportaj hazırlayıb. Müəllif əvvəlcə giriş verərək vurğulayır ki, Türkiyə haqsız yerə xaricdə və hətta daxildə "soyqırım" ittihamlarına məruz qalan dövlətdir. Sürgünlər, kütləvi qətllər, soyqırımlar türk dilinin danışıldığı torpaqlarda yaşanan reallıqlardır! Ölkəni idarə etmək iddiasında olanlar və ya parlament damı altında olan, erməni diasporunun tezislərini bölüşənlərin türklüyün əzabını görməməsi, görmək istəməməsi üzücüdür! Qarabağ son zamanlar bu iztirabların, qırğınların yaşandığı türk coğrafiyalarından biridir.

Tanınmış köşə yazarı Gurşad Zorlu bu ittihamları səsləndirənləri "ruhlar şəhəri" kimi qeyd olunan Ağdamı görməyə dəvət edir. Onun sözlərinə görə, Ağdam erməni vəhşiliyinin, vandallığının bariz nümunəsidir. Müəllif təəssüratları bölüşüb və şəhərin xarabalıqlardan ibarət olduğunu ürək ağrısı ilə qeyd edir.

Ağdamda daş üstündə daş qoymayıblar

"Bakıdan 5 saatlıq məsafədə yerləşən Ağdama qədər yollarda evlərin divarlarında türk bayraqlarına rast gələ bilərsiniz. Şəhərin girişində polis postu var. Əgər əvvəldən icazə alınmayıbsa, buradan keçə bilməzsiniz. 44 günlük müharibə zamanı ermənilər Azərbaycan əsgərlərini buradan gözləyirdilər. Lakin ordu buradan yox, aypara taktikası ilə Füzuli tərəfdən daxil oldu. Bura ermənilərin də ən çox mina qoyduğu rayondur. Minalardan təmizlənmiş ərazilər işarələrlə göstərilir. Və hələ də çox sayda mina var. Bir müddət əvvəl Azərbaycan erməni müharibə əsirləri müqabilində mina xəritələrini almışdı. Ancaq deyildiyi kimi, bu xəritələrin dəqiqliyi 20 % təşkil edir. Təpəyə çıxanda dağıdılmış şəhər görürsən. Daş üstündə daş qoymayıblar. Ağdamda Üzeyir Hacıbəyli adına musiqi texnikumu və Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı var idi. 18-ci əsrdən qalma saray, Cümə məscidi, türbələr, məktəblər... İndi yalnız bir neçə daş qalıqları qalıb...

Ağdamda da yenidənqurma işlərinə başlanılıb

Ağdamda da yenidənqurma işlərinə başlanılıb. Parklar, yaşayış evləri, məktəblər və xəstəxanalar, 193 km uzunluğunda yol çəkiləcək. Şəhərin mərkəzi ətraf əyalətlərlə dəmir yolu və avtomobil yolu ilə birləşdiriləcək. Bərdə-Ağdam-Xankəndi arasında dəmir yolu olacaq. Avtomobil yolu ilə Füzuliyə gediləcək. Orada da hava limanı var. Qarabağın yeni yaşayış massivləri yaşıl enerji konsepsiyasında salınır. Şəhərdə tramvay xətti də olacaq. 2025-ci ilə qədər 520 hektar ərazinin tikintisi başa çatdırılacaq.

Əhalinin 95 faizi öz torpaqlarına qayıtmaq istəyir

"Qaçqın" adlandırdıqları insanların geri qayıtması ilə bağlı sual verdim. Onların dediklərinə görə, əhalinin 95 faizi öz torpaqlarına qayıtmaq istəyib. Ağdamda bu rəqəmin 150 minə çata biləcəyi təxmin edilir. Bu, çox vacibdir. Çünki xalqın qayıdışı ilə mədəniyyət və iqtisadiyyat dirçələcək və Qarabağ hər cəhətdən Azərbaycanın olacaq. Görək buradakı tapıntılar daha hansı faktları üzə çıxaracaq. Mən deyirəm ki, tarixi faktları təhrif edərək Türkiyəni ittiham edənlər gəlib Ağdamı görsünlər!

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Soyqırımın gərçək üzü AĞDAM Dünyaca məşhur nəşr ruhlar şəhərindən yazdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ