Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 08:48
Bakı. Trend:
Atlantik okeanda, Baham adaları sahillərində "Umberto" adı verilmiş yeni tropik fırtına formalaşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər.
Məlumata əsasən, hazırda "Umberto" Böyük Abako adasından 210 kilometr cənub-şərqdədir və şimal-qərbə tərəf saniyədə 2,5 metr sürətlə irəliləyir.
Tropik fırtına daxilində küləyin sürəti saniyədə 18 metrə çatır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin