Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares heyətdədir

Suares heyətdədir

Tarix: 14 Sentyabr 2019 09:44

“Barselona”nın hücumçusu Luis Suares bu gün La Liqanın 4-cü turunun “Valensiya”ya qarşı matçında iştirak edə bilər.

Qol.az xəbər verir ki, uruqvaylı hücumçu komandasının bu oyun üçün 20 nəfərlik siyahında yer alıb.

Qeyd edək ki, Suares birinci turda “Atletik” Bilbao ilə qarşılaşmada zədələnmiş və o vaxtdan oynamamışdı. Əlavə edək ki, “Barselona”nın digər hücumçusu zədəsi tam sağalmayan Lionel Messi isə bugünkü qarşılaşmada da iştirak etməyəcək.

Xatırladaq ki, “Barselona” – “Valensiya” matçı Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

 


Etiketlər:  Suares heyətdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ