Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 15:02
Kiyev rejiminə sadiq olmayan ukraynalılara işgəncə verənlər və öldürənlər cəzalandırılacaq. Ukraynanın denasifikasiyası başa çatdırılacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT TŞ-nin qeyri-formal iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin hüquq şöbəsinin rəhbəri Sergey Leonidçenko deyib.
O iddia edib ki, belə aktlar Mariupolda da keçirilib və Mariupol hava limanında Ukrayna Təhlükəsizlik Xidmətinin gizli işgəncə mərkəzinin olması ilə bağlı çoxlu faktiki sübutlar və şahid ifadələri var.
Sergey Leonidçenko bildirib ki, "kitabxana" adlanan bu yer "Azov" alayının 2014-cü ildə Mariupolu "tutmasından" sonra yaradılıb.
O, bu cinayətkarların cəzalanacağını da vurğulayıb.