Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 10:50
Rusiya işğal etdiyi Ukrayna ərazilərində "Cənubi Rusiya" adlı kvazidövlət yaratmaq ssenarisini nəzərdən keçirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sxemlər" layihəsinin sərəncamında olan "Cənubi Rusiya Xalq Şurasının manifesti"ndə qeyd olunub.
Sənəddə deyilir ki, Ukrayna dövləti 2014-cü ildə qanuni yolla seçilmiş prezidentin devrilməsindən sonra guya Ukrayna SSR sərhədləri daxilində legitimliyini itirib və "Kiyev-Rus dövlətinin, Zaporojye Seçinin, Böyük Yekaterina dövrü Novorusiyasının və Ukrayna SSR-in varisi" Cənubi Rusiya sayılır.
"Keçmiş Ukrayna dövləti tərəfindən terrora və nasizm-bandera ideologiyasının totalitar şəkildə tətbiqinə cavab olaraq, biz Cənubi Rusiya Xalq Şurasının timsalında hakimiyyəti öz əlimizə alırıq və yeni Cənubi Rusiya dövlətini qururuq", - manifestdə qeyd edilir.