Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 16:10
Müğənni Castin Biberin model həyat yoldaşı Heyli Biber ürəyindən əməliyyat olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə model YouTube kanalında açıqlama yayıb.
Bir müddət əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən Heyli səhər yeməyi zamanı özünü pis hiss etdiyini və xəstəxanaya aparıldığını bildirib:
"Özümdə insultun simptomlarını hiss etdim. Xəstəxanaya apardılar və həkimlər müəyyən etdilər ki, beynimdə kiçik qan laxtası əmələ gəlib. Bu bir qədər oksigen çatışmazlığına səbəb olub. Şübhəsiz ki, həyatımın ən qorxulu anı idi. Həkimlərin fikrincə, bu, mikroinsultun səbəbi ola bilər. Buna görə də əməliyyat olundum. Hazırda hər şey qaydasındadır".
Heyli həmçinin bu çətin vəziyyətdə ailəsinin və həyat yoldaşı Castin Biberin ona çox dəstək olduğunu vurğulayıb.