Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 08:20
Tozlu hava şəraitinə görə İranın Xuzestan əyalətində ibtidai siniflər üçün dərslər dayandırılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, dərslər aprel ayının 30-da əyalətin 6 şəhərində Azadeqan, Huveyzə, Həmidiyyə, Əhvaz, Karantin və Bavə şəhərlərində dayandırılıb.
Qeyd edək ki, son bir neçə həftədir ki İranın müxtəlif şəhərlərində güclü külək havanın tozlu və çirkli olmasına səbəb olub.
Çirkli hava şəraitinə görə paytaxt Tehranda və bəzi şəhərlərdə məktəblər və dövlət idarələri tətil olunub.