Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 08:38
Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyev vilayəti yaxınlığında kütləvi məzarlıqların olması barədə açıqlamasındakı bəzi məqamlara aydınlıq gətirilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bununla bağlı UNİAN-a açıqlama verib.
"Prezident iki tezis intonasiyasını bir-birindən ayırmadı. Birincisi odur ki, bu gün həqiqətən də Buça yaxınlığında yeni kütləvi məzarlıq tapılıb və bu məsələ hazırda araşdırılır. İkincisi isə 900 nəfər həmin ərazidə tapılan meyitlərin təxmini sayıdır".
Kiyev vilayəti polisinin sözçüsü İrina Pryanişnikova daha əvvəl bildirib ki, prezident Zelenski Kiyev vilayətində yeni kütləvi məzarlıqdan danışarkən ya ölənlərlə bağlı ümumi statiskaya nəzərə salıb, ya da səhv danışıb.
Xatırladaq ki, prezident Polşa mətbuatına müsahibəsində Kiyev vilayəti yaxınlığında mülki şəxslərin daha bir kütləvi məzarlığının olduğunu açıqlayıb.