Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fitch" Azərbaycanın reytinqini təsdiqləyib

Tarix: 30 Aprel 2022 09:56

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir.

"Reytinq Azərbaycanın çox güclü xarici ticarət balansı, aşağı dövlət borcu və iri suveren fondun aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir. Bu amillərə qarşı zəif idarəetmə, xüsusən də məzənnə rejimi, bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan güclü asılılıq ilə əlaqədar olaraq iqtisadi siyasətin müəyyən edilməsinin proqnozlaşdırıla bilməməsi dayanır", - deyə "Fitch" bəyan edib. 

Milli.Az


Etiketlər:  Fitch Azərbaycanın reytinqini təsdiqləyib


RƏYLƏR