Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada Fridmanın 15 milyonluq aktivlərinə həbs qoyuldu

Ukraynada Fridmanın 15 milyonluq aktivlərinə həbs qoyuldu

Tarix: 30 Aprel 2022 12:08

Ukraynada məhkəmə rusiyalı iş adamı Mixail Fridmanın aktivlərinə həbs qoyub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Ukrainskie novosti" agentliyi yayıb.

Məlumata görə, Prokurorluğun tələbi ilə Kipr şirkətlərinin ümumi dəyəri təqribən 15,5 milyon dollar olan aktivlərinə həbs qoyulub. Vəsaitlər Ukraynanın on ən nəhəng maliyyə qurumu siyahısına daxil olan bir bankın hesabında olub.

İstintaq məlumatına görə, M. Fridman və ona yaxın olan digər iş adamları nəzarətləri altında olan Kipr şirkətlərindən və həmin bankdan istifadə edərək, bu şirkətlərin aktivlərini leqallaşdırıblar. Onlar daha sonra vəsaitlərin bir hissəsini çıxarıb, digər hissəsinə isə həbs qoyulub.

"Strana" nəşri isə Fridmanın aktivlərinin Ukraynanın "Alfa bank"ının hesabında saxlanıldığını iddia edib.

Qeyd edək ki, Mixail Fridman rusiyalı oliqarx və bankirdir. O, Boris Yeltsinin prezidentliyi dövründə Kremlin siyasi qərarlarına böyük təsiri olan yeddi bankirdən biri hesab olunur.

Fridman Qərbi Ukraynada anadan olub. 17 yaşına qədər o, Ukraynada yaşayıb, valideynləri isə hələ də Lvovda yaşayırlar. "Forbes" onun sərvətini 15,5 milyard dollar qiymətləndirir.

Fridman Britaniyanın 11-ci ən zəngin adamı hesab olunur.

Milli.Az


Etiketlər:  Ukraynada Fridmanın milyonluq aktivlərinə həbs qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ