Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nöqsanlarına görə işdən azad edilən rəisə yeni vəzifə verildi

Nöqsanlarına görə işdən azad edilən rəisə  yeni vəzifə verildi

Tarix: 30 Aprel 2022 12:32

Daxili işlər orqanlarında nöqsanlarına görə işdən azad edilən rəislə bağlı yeni təyinat olub.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. 

Nazirin əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin işdən azad edilən rəisi, polis mayoru Aqşin Əhmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.


Etiketlər:  Nöqsanlarına görə işdən azad edilən rəisə yeni vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ