Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada Ukraynada yenidən səfirlik açmağı planlaşdırır

Kanada Ukraynada yenidən səfirlik açmağı planlaşdırır

Tarix: 30 Aprel 2022 13:26

Kanada xarici işlər naziri Melani Coli Ukraynada yenidən Kanada səfirliyinin açılması ilə bağlı planların olduğunu açıqlayıb.

"Hədəfimiz önümüzdəki günlərdə və ya həftələrdə bu planı gerçəkləşdirməkdir. Sadəcə personal üçün təhlükəsiz mühitin olduğuna əmin olmalıyıq. Eyni zamanda, digər məsləkdaşlarımızın və müttəfiqlərimizin də bu yöndə necə addımlar atdığını müşahidə edirik", - deyə nazir verdiyi açıqlamada qeyd edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kanadanın Rusiyadakı keçmiş səfiri Ceremi Kinsman isə Kanadanın Ukraynada diplomatik mövcudluğunu davam etdirməsinin labüdlüyünü vurğulayıb.

"Əsla ordan çıxmamalı idik. Səfirliyi bağlamamalı idik. Hökumətlərin keçmişdən əldə etdiyimiz təcrübələri niyə təkrar-təkrar unutduğunu bilmirəm", - deyə keçmiş səfir bildirib.


Etiketlər:  Kanada Ukraynada yenidən səfirlik açmağı planlaşdırır


RƏYLƏR