Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 21:18
Vəfat edən işçinin vərəsələrinə ödənilən müavinətdən gəlir vergisi hesablanırmı?
Dövlət Vergi Xidmətindən Sonxeber.net-a bildirilib ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.