Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda koronavirusla bağlı statistikanın gündəlik dərci dayandırılıb

Gürcüstanda koronavirusla bağlı statistikanın gündəlik dərci dayandırılıb

Tarix: 3 May 2022 14:30

Gürcüstanda koronavirusla bağlı rəsmi statistik məlumatlar gündəlik şəkildə artıq dərc olunmayacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bundan sonra COVID-19 infeksiyasına yoluxma, sağalma və ölümlə bağlı göstəricilər çərşənbə axşamı olmaqla həftədə bir dəfə ümumiləşdirilərək açıqlanacaq.

Qeyd edək ki, hazırkı dövrədək Gürcüstanda koronavirusa 1 655 221 nəfər yoluxub. Onların 1 637 293-ü sağalıb, 16 811-i isə vəfat edib.

Milli.Az


Etiketlər:  Gürcüstanda koronavirusla bağlı statistikanın gündəlik dərci dayandırılıb


RƏYLƏR