Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 08:34
Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək.
Sonxeber.net "report"-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
"Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq", - Ostin deyib.
O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər.
Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq Rusiyanın Ukraynada mümkün kimyəvi hücumlarına hazırlaşır.