Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 14:06
Şəkidə bu il üçün 66 min hektardan çöx taxıl əkilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il havanın quraq olması ilə əlaqədər məhsuldarlığın aşağı olması fermerləri məyus etmişdi. Ancaq bu il əkin sahələrindəki mənzərə fermerlərin üzünü güldürüb. Onlar bol məhsul götürəcəklərinə ümid edirlər.
Bildirilir ki, bunun səbəbi ötən ildən fərqli olaraq bu il əkinin tez və lazımi vegetasiyaya çatdırılması, digər aqrotexniki qulluğun vaxtında edilməsidir.
On ildir taxılçılıqla məşğul olan fermer Hikmət Hacısalmanov bu il hər hektardan 40-45 sentner arpa biçəcəyini deyir.
Şəki Bitki mühafizəsi idarəsinin rəisi Tələt Mehdiyev bildirib ki, məhsuldarlığın yüksək olmasının başlıca səbəbi əkini vaxtında etməkdir. Əks halda fermerlər zərərlə üzləşə bilərdilər. O tövsiyə edir ki, fermerlər mütəmadi olaraq sahələri nəzaərətdə saxlamalıdırlar.
Qeyd edək ki, respublikada hər il istehsal olunan taxılın təxminən 10-15 faizi Şəkinin payına düşür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: