Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi

Britaniya Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi

Tarix: 4 May 2022 17:30

Böyük Britaniya hökuməti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını genişləndirərək buraya Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətini və bir neçə rusiyalı jurnalistin adını əlavə edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Siyahıda azərbaycanlı jurnalist Nailə Əsgərzadə, hərbi müxbirlər - Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontyev və Rusiya Prezidentinin köməkçisi, "Birinci kanal"ın Direktorlar şurasının sədri Maksim Oreşkinin adı var.

Qərara əsasən onların Britaniyaya girişinə qadağa qoyulub və ölkədə həmin şəxslərin bank hesabları aşkar olunarsa, dondurulacaq.

Milli.Az


Etiketlər:  Britaniya Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ