Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya Türkiyədə çəkdiyi “Ağla”nı təqdim etdi - VİDEO

Röya Türkiyədə çəkdiyi “Ağla”nı təqdim etdi - VİDEO

Tarix: 4 May 2022 19:15

Xalq artisti Röya Ayxan Türkiyədə lentə alınan "Ağla" adlı klipini təqdim edib.  

Milli.Az xəbər verir ki, Müjdat Küpşi tərəfindən çəkilən ekran işi YouTube, Apple Music, Spotify, Deezer və digər musiqi platformalarında yerləşdirilib.  

Sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsus bəstənin görüntü rejissoru Murat Tuncerdir. 

Röyanın obrazı üzərində Bener Hamamcı çalışıb, geyimlərini məşhur modelyer Gülşah Saraçoğlu hazırlayıb. 

Layihənin baş prodüseri Kənan Bayramovdur. 

Qeyd edək ki,  M. Küpşi bundan əvvəl Röyanın "Xəyanət", "Mən sənsiz", "Sənə ehtiyacım var", "Unutmaq lazımdır" kimi layihələrini çəkib. 

M. Küpşi Demet Akalın, Aslı Hünel kimi tanınmış simaların kliplərini lentə alıb.

Milli.Az


Etiketlər:  Röya Türkiyədə çəkdiyi Ağlanı təqdim etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ